Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

Rusiyanın "TurStat" turizm portalı MDB ölkələrinin ziyarətlər, onlayn-turlar və virtual ekskursiyalar üçün populyar olan ən yaxşı muzeylərinin və müasir incəsənət mərkəzlərinin reytinqini təqdim edib.

Mediainfo.az xəbər verir ki, MDB-nin ən yaxşı müasir incəsənət mərkəzlərinin ilk beşliyində Minskdəki Belarus Respublikası Milli Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Nur-Sultandakı Sülh və Həmrəylik Sarayı (Piramida) və digərləri yer alıb.

Reytinq muzeylərin populyarlığı, virtual turlar və muzey ekspozisiyaları üzrə ekskursiyaların təklifi baxımından aparılan tədqiqatların nəticələri əsasında tərtib edilib.

Rusiyada "Qaraj" muzeyi və Moskva Müasir İncəsənət Mərkəzi liderdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az