Bu gün Beynəlxalq Əmək Günüdür

Bu gün Beynəlxalq Əmək Günüdür

Mayın 1-i Beynəlxalq Əmək Günü qeyd olunur.

Mediainfo.az xəbər verir ki, 1 May tarixinin manifestasiyalarla Beynəlxalq zəhmətkeşlər bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Buna qədər isə 1886-cı ilin 1 mayında artıq Çikaqoda həmkarlar ittifaqları 8 saatlıq iş günü tələbi ilə nümayişlər təşkil etmişdi.

Lakin istər Amerika, istərsə də Avropada 1 May bayramdan çox zəhmətkeşlərin həmrəyliyi, fəhlələrin keçirdiyi nümayişlərin zorakılıqla dağıdılması ilə tarixdə özünə yer qazanmış oldu. Fəhlə sinfinin burjuaziyaya qarşı birgə mübarizəsi Fransada 1936-cı ildə əmək hüquqlarının təkmilləşdirilməsi, Marşal Peten hakimiyyətinin 1 May tarixini 1941-ci ildə əmək günü elan etməsi, 1947-ci ildə isə bayram statusu verməsi ilə nəticələndi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az