Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək

Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin hazırlanması və çapı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.

Tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri "Təhsil" Nəşriyyat Poliqrafiya MMC, "Çaşıoğlu Elm-İstehsalat" MMC və "Aspoliqraf LTD" seçiliblər.

Şirkətlərlə ümumi dəyəri 9 milyon manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə "Təhsil" Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, "Çaşıoğlu Elm-İstehsalat" tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, "Aspoliqraf LTD" tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az