Məşhur gitara ifaçısı Rafiq Hüseynov dünyasını dəyişib

Məşhur gitara ifaçısı Rafiq Hüseynov dünyasını dəyişib

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı Rafiq Hüseynov dünyasını dəyişib.

Oxuməni.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alıb. Rəmiş uzun müddət SSRİ xalq artisti Zeynəb Xanlarovanı, Qədir Rüstəmovu, Rübabə Muradovanı, Səxavət Məmmədovu və s. müşayət edib. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülmüşdü.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az