Xəstəxanada müalicə olunan Rəmişin vəziyyəti ağır olaraq qalmaqda davam edir

Xəstəxanada müalicə olunan  Rəmişin vəziyyəti ağır olaraq qalmaqda davam edir

Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.

Oxuməni.az -ın verdiyi xəbərə görə, mərkəzdən bildirilib ki, xalq artisinin huşunda aydınlaşma müşahidə olunub.

"Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Intensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az