"OPEC+" ölkələri avqustda hasilatı artıra bilər

"OPEC+" ölkələri avqustda hasilatı artıra bilər

Səudiyyə Ərəbistanı və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasında iştirak edən ölkələrin çoxu artan tələbat fonunda neft hasilatının artırılması fikrini dəstəkləyir.

Mediainfo.az-ın məlumatına görə, bu barədə "Wall Street Journal" öz mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, iyulun 15-ə OPEC və "OPEC+" iştirakçılarının video-konfrans formatında görüşü keçiriləcək. Görüşdə tərəflər enerji bazarındakı vəziyyəti və əldə olunmuş razılaşmanın gələcəyini müzakirə edəcəklər.

Qeyd olunur ki, rəsmi Ər-Riyad avqust ayında "qara qızıl" hasilatını artırmağı və kvotaları gündə 2 mln. barel azaltmağı (9,7 mln. bareldən 7,7 mln. barelə) təklif edib. Bu təklifi "OPEC+" iştirakçılarının əksəriyyəti dəstəkləyib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az