OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb

OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.

Mediainfo.az-ın məlumatına görə, OPEC-in illik statistik bülletenində qeyd olunub ki, 2019-cu ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,720 trln. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 19,7% çoxdur.

Qeyd edək ki, OPEC-in qiymətləndirilmələrinə görə, 2018-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,440 trln. kubmetr təşkil edirdi.

Hesabata əsasən, ötən il dünyada təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 1,6% artaraq 206,210 trln. kubmetr təşkil edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az