Norveçin neft fondu 18 milyard avro itirdi

Norveçin neft fondu 18 milyard avro itirdi

Neft gəlirləri ilə maliyyələşən Norveçin dövlət pensiya fondu pandemiya fonunda 2020-ci ilin ilk yarısında təxminən 18 milyard avro zərər çəkib.

Mediainfo.az xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.

“2020-ci il müsbət şəkildə başladı, lakin koronavirus pandemiyası dünya miqyasında yayıldıqca bazarlarda vəziyyət dəyişdi. İkinci rübdə situasiya yaxşılaşsa da, əhəmiyyətli qeyri-müəyyənlik hələ də müşahidə olunur”, - “Norges Bank İnvestment Management” fondunun sədr müavini Trond Qrande bildirib.

Qeyd edək ki, fondun həcmi 1 trilyon dollardır. Koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün hökumət fonddan 38 milyard avro istifadə etmək niyyətindədir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az