Davos İqtisadi Forumu təxirə salınıb

Davos İqtisadi Forumu təxirə salınıb

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Davos İqtisadi Forumu 2021-ci ilin yanvarından yayın əvvəlinə təxirə salınacaq.

Mediainfo.az xəbər verir ki, bu barədə forumun təşkilatçıları məlumat yayıb.
"Bu qərarı vermək asan olmadı, çünki indi dünyanın aparıcı siyasətçilərinin iqtisadiyyatın bərpa yollarını axtarması üçün bir araya gəlmələri çox vacibdir", məlumatda vurğulanıb.
Qeyd edilib ki, tədbirin yeni tarixi ilə bağlı təfərrüatlar təşkilatçılar əmin olduqdan dərhal sonra elan ediləcəkdir.
Forumun təxirə salınmasına baxmayaraq, "Davos dialoqları" adlanan yüksək səviyyəli qonaqların iştirakı ilə rəqəmsal məsləhətləşmələr yanvarın 25-də başlayacaq. Bu müddət ərzində aparıcı dünya siyasətçilərinin 2021-ci ildə dünyadakı vəziyyəti müzakirə etmək imkanı olacaq.
Daha əvvəl növbəti Dünya İqtisadi Forumunun 2021-ci il yanvarın 26-dan 29-dək keçirilməsi planlaşdırılırdı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az