İsrail SOCAR-a "Aşdod" NEZ-in alınmasını təklif edib

İsrail SOCAR-a "Aşdod" NEZ-in alınmasını təklif edib

"SOCAR-a İsrailin "Aşdod" neft emalı zavodunun (NEZ) alması ilə bağlı təkliflər daxil olub".

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail mətbuatında SOCAR-ın sözügedən zavodu alması ilə bağlı dərc olunan xəbəri şərh edərkən deyib.

İsrailin "Calcalist" qəzetində "Aşdod" zavodunun alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunur. Tərəfdaş qismində İsrailin "Şafir Andasa" və "Aspen" şirkətləri qeyd olunur.

"Belə bir təklif bizə daxil olub, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir", - deyə İ. Əhmədov bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az