Koronavirusun iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

Koronavirusun iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

2020-ci ilin yeddi ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 2,8 faiz azalıb və cari qiymətlərlə 40,0 milyard manat təşkil edib.

Mediainfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,6 faiz, neft sektorunda isə 4,5 faiz azalıb. Bununla yanaşı, qeyri neft-qaz sənayesinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artmasına baxmayaraq, hesabat dövründə istehsal olunmuş sənaye məhsullarının ümumi həcmi 2,7 faiz azalaraq 21,6 milyard manat təşkil edib. Sənaye məhsullarının ümumi həcminin azalması neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az