Dünyada yeni böhran

Dünyada yeni böhran

“Neftin dünya bazar qiyməti yenidən düşür”.

Mediainfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif olunur:

“Neftin qiymətində düşmə daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır.

Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 tirlyon dollaradək artacağı barədə açıqlamalar verirlər. Bu isə o deməkdir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər.

Deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az