Azərbaycanda ötən ay yaradılmış şirkət 4 mln manatlıq tenderin qalibi olub

Azərbaycanda ötən ay yaradılmış şirkət 4 mln manatlıq tenderin qalibi olub

Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi, eləcə də abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Mediainfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat, ümumilikdə 5,43 milyon manat ödəniləcək.

Xatırladaq ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az