SOCAR 2019-cu ili mənfəətlə başa vurub

SOCAR 2019-cu ili mənfəətlə başa vurub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Mediainfo.az xəbər verir ki, hesabata nüfuzlu beynəlxalq audit şirkəti “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.

SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 mlrd manat, uzunmüddətli öhdəliklər isə 23,8 mlrd manat olub.Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd manata yüksəlib.

SOCAR-ın cari aktiv və cari öhdəliklərində 1%-dən aşağı nisbətdə cüzi azalma qeydə alınıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az