Darının faydaları nələrdir?

Darının faydaları nələrdir?

Darı dünya xalqları tərəfindən buğda və düyüdən sonra istifadə olunan üçüncü bitki sayılır və şərqi slavyan ölkələrində milli yemək hesab olunur.

Mediainfo.az xəbər verir ki, bəzən “qızıl dən” adlandırılan darının faydalı xüsusiyyətləri barədə Azərtac-a məlumat verən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Darı buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşular, mikro və makroelementlər, fol turşusu ilə zəngindir. Darının tərkibi zülal, yağ, lif, müxtəlif vitaminlər, kalium, kalsium, flor və maqneziumdan ibarətdir. Tibdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Ona görə də əməliyyat keçirmiş və ya uzun müddət xəstə olan, eləcə də sağlam arıqlamaq istəyənlərin darıdan istifadə etməsi məsləhətdir. Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir.

Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün də çox faydalıdır. Darı qastritdə, kolitdə, böyrək kistaları və müxtəlif mənşəli böyrək daşları və öd daşı xəstəliklərində, həmçinin şiş və şəkər xəstəlikləri zamanı istifadəsi faydalı olan dənli bitkidir. Qidalı liflərlə zəngin olan həmin liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri, o cümlədən toksinlər, şlaklar, ağır metalların duzları və s. özünə hopduraraq xaric edilməsinə səbəb olur. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir”.

Həkim-fitoterapevt onun bir neçə hazırlanma üsullu barədə də məlumat verib: “3 stəkan suya 1 stəkan darı tökülür, bir sutka saxlanılandan sonra blenderdən keçilərək qəbul olunur.

1 litr suya 1 stəkan darı əlavə olunaraq 15-20 dəqiqə qaynadılır və dəmləmə gündə 3 dəfə yarım stəkan qəbul edilir.

Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Sonra süd əlavə olunur və hazır olana qədər bişirilir, axırda xırda duz, şəkər tozu və yağ əlavə edilir”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az