Qlükoza - min bir dərdin dərmanı

Qlükoza - min bir dərdin dərmanı

QLÜKOZA – ilk dəfə elmi yolla ingiltərəli alim Vilyam Praut tərəfindən 1802-ci ildə kəşf edilib.

Qlükozanın başqa adı üzüm şəkəridir. QLÜKOZA bütün orqanizm üçün faydalı olmaqla bərabər, sinir sistemi üçün də çox vacibdir.

Bu maddə fiziki, emosional və stress vəziyyətlərində orqanizmin reaksiyasını sürətləndirir. Beyin hüceyrələri və qanda olan eritrositlər əsasən, qlükoza ilə qidalanır. Hesablama, analitika və zehni işlə məşğul olanlar daha çox qlükoza istehlak etməlidirlər, çünki onların işi yüksək enerji tələb edir.

Qlükoza həmçinin idmanla məşğul olanlar üçün də faydalıdır. Çünki o bir-başa əzələləri qidalandırır.

Qanda qlükoza miqdarı aşağı düşdükdə orqanizm əziyyət çəkir. Ağ ciyərlər üçün oksigen nə qədər vacibdirsə, qlükoza da insan orqanizmi üçün vacibdir. Onun səviyyəsi qanda aşağı düşdükdə bədən zəifləyir, beyin qidalanması pisləşir və halsızlıq yaranır. Ona görə də qlükoza istehlakını normada saxlamaq lazımdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az