Hər gün sarımsaq yeməyin faydaları açıqlandı

Hər gün sarımsaq yeməyin faydaları açıqlandı

Hər gün sarımsaq yeməyin faydaları açıqlanıb.

Mediainfo.az-ın məlumatına görə, bu barədə "Times Now" nəşri yazıb.

Yüksək təzyiq zamanı kömək edir. Hipertoniyadan əziyyət çəkən insanalara alimlər tez-tez təzə, çiy sarımsaqdan istifadə etməyi məsləhət görür. Sarımsaq qan təzyiqini təbii şəkildə aşağı salır.

Ümumi xolesterinin səviyyəsini aşağı salır. Tədqiqatlar göstərir ki, yeməyə sarımsaq əlavə etmək ümumi və ya "pis" xolesterini 10-15% aşağı sala bilir.

Soyuqdəymə və zökəmin qarşısını alır. Sarımsağın antibakterial, virus və göbələkəleyhinə xüsusiyyətlərə malik olması onu müxtəlif respirator infeksiyalarla mübarizədə güclü vasitəyə çevirir.

Psixi sağlamlığı qoruyur. Sarımsağın tərkibindəki bir neçə əsas antioksidant əsas psixi funksiyaları pozan xəstəliklərin inkişafının qarşısını alır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az