Braziliya fındığının faydaları

Braziliya fındığının faydaları

Kolumbiya, Venesuela, Peru və Braziliyada ağaclardan yığılan Braziliya fındığı bəsləyici maddələrlə zəngin məhsullardan biridir.

Mediainfo.az "MedikForum.ru"ya istinadən xəbər verir ki, onun tərkibində xeyirli yağlar, antioksidantlar, vitamin, lif və minerallar var. Onlardan ən dəyərlisi selendir.

Braziliya fındığının bir sıra faydaları var:

Kalsium, natrium, maqnium və kalium arteriyal təzqiyin nəzarətdə saxlanılması üçün zəruridir. Braziliya fındığı ürək üçün faydalı olan xeyirli bəsləyici maddələrlə zəngindir.

Selen çatışmazlığı metabolizmə təsir edir. Faktiki olaraq, selen qalxanabənzər vəzinin aktiv hormonlarının istehsalına katalizator kimi təsir göstərir. Tədqiqat zamanı məlum olmuşdu ki, Braziliya fındığından istifadə edən şəxslərdə hormon səviyyəsi digərlərindən daha yüksəkdir.

Selen dərinin elastikliyini yaxşılaşdırmağa kömək edir, ona sağlam parıltı verir. O, dəridən sərbəst radikalları kənarlaşdırmaqda kömək edən güclü antioksidant – qlutationun aktivliyini stimullaşdırır. Braziliya fındığı tərkibindəki sink sayəsində sızanaqların yaranmasının qarşısını alır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az