Koronavirus infeksiyasına 25 milyon 69 min 737 yoluxma və 844 min 337 ölüm faktı qeydə alınıb

Koronavirus infeksiyasına 25 milyon 69 min 737 yoluxma və 844 min 337 ölüm faktı qeydə alınıb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu ötüb.

Mediainfo.az xəbər verir ki, avqustun 28-də dünyada 284 min 898 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 711 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 25 milyon 69 min 737 yoluxma və 844 min 337 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 17 milyon 413 min 268 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 812 min 132 xəstədən 61 min 328-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 119 min 131-ə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 3 milyon 819 min 77 nəfər. Hindistanda 3 milyon 538 min 413 nəfər, Rusiyada 985 min 346 nəfər, Peruda 629 min 961 nəfər, Cənubi Afrika Respublikasında isə 620 min 132 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 186 min 532 nəfər. İlk beşliyə daxil olan Braziliyada 120 min 25, Hindistanda 63 min 648, Meksikada 63 min 146, Birləşmiş Krallıqda isə 41 min 498 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 4,64 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az