Moldovada prezident seçkiləri kampaniyasına start verilib

Moldovada prezident seçkiləri kampaniyasına start verilib

Sentyabrın 1-dən Moldovada prezident seçkiləri kampaniyasına start verilir.

Mediainfo.az xəbər verir ki, otuz gün ərzində prezidentliyə namizədlər qeydiyyata alınacaq və təşviqat aparacaqlar.

Seçkilərdə hazırkı Prezident İqor Dodon da iştirak edəcəyini açıqlayıb. İctimai rəy sorğusuna görə, seçki kampaniyasının favoriti Prezident İqor Dodondur. Moldova Respublikası Sosialistlər Partiyası artıq onun dəstəklənməsini bəyan edib.

İqor Dodonun əsas rəqibinin 2016-cı ildə məğlub olmuş Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Mayya Sandunun olacağı bildirilir. Daha sonra reytinqdə “Ləyaqət və həqiqət platforması” partiyasının sədri Andrey Nestase gəlir.

Qeyd edək ki, Moldovada prezident seçkilərinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulur.

Həmidə

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az