BƏƏ və İsrail arasında razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq

BƏƏ və İsrail arasında razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşması barədə razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq.

Mediainfo.az "TASS"a istinadən xəbər verir ki, İsrail ilə BƏƏ arasındakı münasibətlərin normallaşdırılması üzrə danışıqlar gözləniləndən daha sürətli irəliləyir və ABŞ-ın da iştirakı ilə əlavə üçtərəfli razılaşmanın imzalanmasına səbəb ola bilər. Söhbət regionda təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyacaq üç ölkənin "mümkün ittifaqından" gedir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 13-ü bildirmişdi ki, İsrail və BƏƏ ikitərəfli münasibətlərin tam normallaşdırılmasına dair razılığa gəliblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az