Rusiya gələn ilin yayına qədər koronavirusdan xilas olacaq

Rusiya gələn ilin yayına qədər koronavirusdan xilas olacaq

Rusiya gələn ilin yayına qədər COVID-19 xəstəliyindən xilas ola bilər.

Mediainfo.az xəbər verir ki, bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

"İzvestiya” qəzetinə müsahibə verən direktor ölkə əhalisinin əksər hissəsinin peyvəndlənəcəyini, bununla da koronavirusa yoluxmanın aradan qaldırıla biləcəyini bildirib.

Mütəxəssisin fikrincə, bütün mövcud potensialdan istifadə olunarsa, ildə 80 milyon ədəd peyvənd istehsal edilə bilər.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatı 11 avqustda Prezident Vladimir Putin tərəfindən elan edilmişdi.

Rusiya Koronavirusla Mübarizə Qərargahından verilən məlumata görə, COVID-19-a qarşı "Sputnik V” adı verilən peyvənd 1 yanvar 2021-ci ildə mülki dövriyyəyə buraxılacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az