Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

ABŞ Prezidenti Co Bayden Ramazan ayının başlaması ilə bağlı yazılı açıqlama verib.

Mediainfo.az xəbər verir ki, Co Bayden müsəlmanlara qarşı qərəz və hücumların qəbuledilməz olduğunu və dayandırılmasını vurğulayıb.

“Çindəki uyğurlar, Myanmadakı Rohinca müsəlmanları və dünyadakı müsəlman cəmiyyətləri də daxil olmaqla, insan haqlarını müdafiə etməyə davam edəcəyəm.

Həyat yoldaşım və mən ABŞ-dakı və dünyadakı müsəlman icmalarına təbriklərimizi göndəririk. Ramazan ayınız mübarək”, - Bayden bildirib.

O, qarşılarında ümidli günlərin olduğunu və Qurani-Kərimdən Nur surəsinin 35-ci ayəsini qeyd edib:

“Allah göylərin və Yerin nurudur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az