Türkiyə ilə savaşda Afinanı heç kim qorumayacaq - Dəmir

Türkiyə ilə savaşda Afinanı heç kim qorumayacaq - Dəmir

ABŞ, Fransa, Almaniya, BƏƏ kimi ölkələr Yunanıstanı kukla kimi əlində oynadır.

Mediainfo.az xəbər verir ki, bu sözləri türkiyəli araşdırmaçı jurnalist Metexan Dəmir deyib.

O bildirib ki, Fransadan aviadaşıyıcı, ABŞ-dan hərbi texnikalar, ərəb ölkələrindən freqatlar gəldikcə Yunanıstan ictimaiyyəti sevincə qərq olur:

“Hər halda dünyada öz ərazisində başqa ölkələrin hərbçilərinin olmasına, digər dövlətlərin hərbi bazasının yaradılmasına bu qədər sevinən başqa dövlət yoxdur. Əslində bu çox acınacaqlı vəziyyətdir. Başqa ölkənin əsgəri və hərbi texnikası ölkənə ayaq basır, ancaq sən yenə Türkiyə vəsvəsən üzündən “müdafiəmizi gücləndiririk” deyirsən.

Hələ də dərk etməsələr də, Yunanıstan addım-addım nəzarət altına alınır. Xəritəyə baxsalar, ABŞ və Fransanın həm Egey, həm də Aralıq dənizinin şərq hissəsindəki hərbi varlığının hansı mənaya gəldiyini başa düşə bilərlər. Ancaq onlar hər şeyi Türkiyədən bilirlər. Bu günə kimi Türkiyədən adalarla bağlı hər hansı bir tələb görmüsünüz? Yox. Ancaq yunanlar ərazi iddiaları edirlər. Hələ də “6 mil hava məkanını 10 mil edəcəyik” deyirlər. Ölkəyə ayaq basmış ABŞ-a, Fransaya, Almaniyaya, ərəb əsgərlərinə və pilotlarına güvənib Türkiyəyə qarşı çirkin kampaniya həyata keçirirlər. Bu ölkələr də Yunanıstanla bir olub Türkiyəyə hücum etməz. Qərb müharibə ehtimalı olarsa, Afina hakimiyyətinin arxasında dayanmayacaq. Yunanıstanı kukla kimi əllərində oynadırlar. Yunanıstan bu ölkələrin şəxsi maraqlarına xidmət etməyi bacaran bir kukladır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az