Qarşılıqlı raket zərbələri nəticəsində ölən fələstinli və israillilərin sayı açıqlanıb

Qarşılıqlı raket zərbələri nəticəsində ölən fələstinli və israillilərin sayı açıqlanıb

İsrail və Qəzza zolağı arasında qarşılıqlı zərbələr nəticəsində ümumilikdə 38 nəfər ölüb.

Mediainfo.az Reuters-ə istinadən xəbər verir ki, 35 nəfər fələstinli, 3 nəfər isə israilli dünyasını dəyişib.

İsrailin hava zərbələri Qəzzada bir çoxmərtəbəli binanın uçmasına səbəb olub.

“Həmas” tərkibində olan radikal qruplaşma trəfindən yenidən Təl - əviv və Birşeba istiqamətində 210 ədəd raket atılıb.

Bu arada isə İsrail Ordusunun Baş Qərargahı bildirib ki, Qəzza sektorunda radikalların bütün tunelləri məhv edilməyincə hərbi əməliyyat davam etdiriləcək.

Bu barədə "Qaley SAXAL" radiosu tvitterdə bildirib.

"Biz hərbi kampaniyanı zərurət olduğu qədər genişləndirməyə hazırıq. Biz zərbələr endirməyə davam edəcəyik və heç bir tuneli bütöv qoymayacağıq”, - xəbərdə deyilir.

Mayın 11-də axşam Fələstin anklavının sərhədlərində son illər ərzində ən böyük eskalasiya başlanıb. Çərşənbə axşamı səhər İsrailin Müdafiə Ordusu bildirib ki, ölkə ərazisinə Qəzza sektrundan 200-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail hərbçiləri qarşı tərəfə zərbələr endiriblər.

İsrail müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min nəfəri orduya çağırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az