ABŞ Tiflis vasitəsilə Rusiyanı Qafqazdan çıxarır

ABŞ Tiflis vasitəsilə Rusiyanı Qafqazdan çıxarır

Gürcüstanın iştirakıyla 15 erməni əsirin Ağdam rayonundakı minalı ərazilərin xəritələri ilə mübadiləsi şahidlik edir ki, Tiflis Qafqazdakı tarixi rolunu özünə qaytarır, Rusiya isə alternativsiz vasitəçilik statusunu itirir.

Mediainfo.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Rezonansi” qəzeti çıxış edib.

“Misilsiz fakt baş verib. Bunun nəticəsində ABŞ-ın və Qərbin regionda rolu artır. Azərbaycanla Ermənistan arasında indiyə qədər yeganə vasitəçi Rusiya idi”, – deyə məqalədə yer alıb.

Qəzetə açıqlamasında Gürcüstanın konfliktlərin nizamlanması üzrə keçmiş dövlət naziri Paata Zakareişvili baş verən hadisəni fövqəladə vacib məqam adlandırıb:

“Oyuna ABŞ daxil olur. Allaha şükür ki, Gürcüstan Rusiya ilə yox, onlarla yan-yanadır. Rusiya ölkədəki seçkidən sonra (Baydenin seçilməsi nəzərdə tutulur – red.) ABŞ-ın bizim regiona daxil olduğunu görür. Kombinasiya ABŞ tərəfindən parlaq şəkildə həyata keçirildi”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az