“Qonşu dövlətlər İrəvanın yürütdüyü siyasəti anlamırlar“ - Suren Sarkisyan

“Qonşu dövlətlər İrəvanın yürütdüyü siyasəti anlamırlar“ - Suren Sarkisyan

"İran və Gürcüstan Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin mahiyyətini tamamilə anlamırlar".

Mediainfo.az xəbər verir ki, bunu “Facebook” səhifəsində beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, son üç ildə Ermənistan hakimiyyəti respublika üçün strateji əhəmiyyətə malik olan müxtəlif paytaxtların simasında bütün geosiyasi mərkəzlərlə münasibətləri eyni vaxtda poza bilib. “Ermənistanın xarici siyasəti və diplomatiyası tamamilə iflas olub. Ermənistan peşəkarlığın yoxluğu və qeyri-kafi qərarlar ucbatından özünü beynəlxalq birlik və beynəlxalq siyasətdən təcrid edib. Ermənistan-Rusiya münasibətləri strateji müttəfiqlərin münasibətlərinə qətiyyən uyğun gəlmir”.

Ermənistam-Amerika münasibətlərinə toxunan ekspert bu əlaqələrin tarixi ən aşağı səviyyədə olduğunu vurğulayıb. “Gündəmdəki yeganə məsələ ABŞ-ın yardımının verilməsidir”.

Suren Sarkisyanın qeydinə görə, həmişə ikitərəfli münasibətlərin standartı olan Ermənistan-Çin münasibətləri son üç ildə qeyri-adekvat hala gəlib. “Avropa İttifaqına doğru ciddi addımlar atılmır, adekvat bir gündəm formalaşdırılmır. Bütün gündəm yalnız Aİ-nin maliyyə dəstəyi ətrafında fırlanır”.

Eyni zamanda, onun fikrincə, Ermənistanın üzv olduğu KTMT, BMT, NATO və digər beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq yoxdur. “Dost qonşularımız olan İran və Gürcüstan siyasətimizin mahiyyətini heç anlamırlar. Proqnozlaşdırıla bilən, adekvat, etibarlı bir ortaq olmaq üçün gecikmədən hərəkət etməliyik”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az