Ermənistanda kritik gün başladı

Ermənistanda kritik gün başladı

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Mediainfo.az bildirir ki, seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edir. Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir.

İkinci prezident Robert Koçaryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan "Vətəndaş sazişi" partiyasının lideridir.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.

Milli Məclisə düşmək üçün siyasi partiyalar 5, bloklar 7 faizlik baryeri aşmalıdırlar.

2020-ci ilin noyabrında Azərbaycanla atəşkəs bəyanatının imzalanması Ermənistanda siyasi böhran doğurub. Erkən seçkilər bu böhranın nəticəsidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az