Nyu-York merinin qızı iğtişaşlarda iştirak etdiyinə görə həbs olunub

Nyu-York merinin qızı iğtişaşlarda iştirak etdiyinə görə həbs olunub

Nyu-York şəhərinin meri Bill de Blazionun qızı Kyara Afrika əsilli Corc Floydun ölümü ilə bağlı etiraz aksiyalarının gedişində həbs olunub.

Mediainfo.az “The Hill” nəşrinə istinadla xəbər verir ki, Kyara de Blazio mayın 30-da qanunsuz aksiyada iştirakına görə saxlanılıb.

“Biz bütün dinc etirazlara dəyər veririk, lakin insanların evlərinə dönmə vaxtları çatıb. Əgər mövqeyinizin eşidilməsi üçün etiraz edirdinizsə, artıq eşidildiniz, şəhəri dəyişikliklər gözləyir. İrəli getməyimiz üçün evlərinizə dönməlisiniz”, - deyə Bill de Blazio mətbuat konfransında bildirib.

Qeyd edək ki, Afrika əsilli Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Minneapolis və digər şəhərlərdə kütləvi iğtişaşlar başlayıb. İnsidentdən sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəbolma maddəsi üzrə ittiham irəli sürülüb. Buna baxmayaraq, ölkədə etirazlar səngimir. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində ölənlər və yaralananlar olduğu bildirilir.

ABŞ polisi son bir neçə gün ərzində davam edən etiraz aksiyalarının gedişində 4 mindən çox nümayişçini saxlayıb. Kütləvi etiraz aksiyaları səbəbindən ABŞ-ın onlarla şəhərində komendant saatı tətbiq olunub. Onların sırasında Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, İllinoys ştatının Çikaqo, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver və Vaşinqton ştatının Sietl şəhərləri də var.

ABŞ Milli Qvardiyası 15 ştatda, həmçinin Kolumbiya federal dairəsində yüksək hazırlıq səviyyəsinə gətirilib. Qvardiyanın 5 minə yaxın əməkdaşı asayişin qorunmasına cəlb edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az