Tramp orduya təlimat verdi

Tramp orduya təlimat verdi

ABŞ prezidenti Donald Tramp ölkədəki ixtişaşlara müdaxilə etmək üçün ağır silahlarla silahlanmış əsgərlərə və təhülkəsizlik qüvvələrinə təlimat verib.

"Anadolu" Agentliyi xəbər verir ki, Ağ Evin həyətində mətbuat nümayəndələri qarşısına çıxan ölkə başçısı afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar baş verən ixtişaşlarla əlaqədar açıqlamalar verib.

Tramp bildirib ki, prezident olaraq onun ilk vəzifəsi ölkəni və xalqı qorumaqdır:

"Ölkəmizin qanunlarını qorumaq üçün and içdim. Corc Floydun ölümü ilə əlaqədar haqlı olaraq narahat olan xalq üçün bu sözümün üstündə dayanacağam. Adminstrasiyam Floyd və ailəsi üçün ədalətin yerini tapmasını təmin edəcək. Çünki o, boş yerə öldü".

Digər tərəfdən küçələrdəki şiddətli olaylara diqqət çəkən Tramp bildirib ki, haqlı və sülh etirazlarının qəzəbli kütlə tərəfindən boğulmasına icazə verməyəcək:

"Linkolnun və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qaldı. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az