Fransada xalq ayağa qalxdı

Fransada xalq ayağa qalxdı

Fransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı etiraz aksiyası keçirilib.

Mediainfo.az xəbər verir ki, “Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına etiraz edib.

Məlumata görə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazla müdaxilə etdiyi deyilir.

Aksiyaya 19 min insan qatılıb. Onların arasında “sarı jiletlilər” də olub.

Qeyd edək ki, ekspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az