Azərbaycanda hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub

Azərbaycanda hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub

Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçularla koronavirusla əlaqədar görüşlərə məhdudiyyət qoyulub.

Bu barədə Mediainfo.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirib ki, Azərbaycan Respublikası ərazisində Koronavirus (COVİD-19) pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşlərin təşkilində tətbiq edilmiş məhdudiyyətlər qüvvədədir.

Qeyd olunub ki, sərhəd mühafizə qurumlarında “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçularının koronavirus əleyhinə vaksinasiyası davam etdirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az