Yunanıstanda ABŞ səfirliyinə hücum edilib

Yunanıstanda ABŞ səfirliyinə hücum edilib

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyinə hücum edilib.

Mediainfo.az-ın məlumatına görə, səfirlik yaxınlığında qaradərili Corc Floydun öldürülməsinə etiraz olaraq həmrəylik aksiyası keçirilib.

Aksiyanın gedişində bir qrup etirazçı səfirlik binasına yandırıcı maddələr və daş atıb. Binanın yaxınlığındakı bir neçə zibil qabı yandırılıb.

Polis etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar arasında saxlananların olduğu deyilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az