“Bölgədə vəziyyət dəyişib, Azərbaycanın yeni hədəfi...” – İsraildən şok iddia

“Bölgədə vəziyyət dəyişib, Azərbaycanın yeni hədəfi...” – İsraildən şok iddia

“Azərbaycan İsrailin “Arrow 3” uzaqmənzilli raketdən müdafiə sistemini əldə etməyi planlaşdırır”.

Mediainfo.az xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti məlumat yayıb.

Nəşr Azərbaycanın belə bir sistemə olan tələbatının İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlardan irəli gəldiyini iddia edib:

“Azərbaycanlıların belə bir sistemi satın almağı düşünməsi ordunun hücum silahlarından müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə keçidindən xəbər verir. Eyni zamanda, müdafiə perspektivləri baxımından regional dəyişikliyə işarə ola bilər”.

Qəzet Azərbaycanın İsraildən satın almağı düşündüyü “Arrow 3” sisteminin baha olduğunu qeyd edib: “Qiyməti 2.2 milyon dollardır”.

“Arrow” İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılıb. “Arrow” indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan "Arrow 3" isə 2013-cü ilin fevral ayında bazara çıxarılıb.

“Arrow” dünyada istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Texiki göstəricilərinə görə hədəfi müəyyən etmə ehtimalı 99.9 %, hədəfi məhv etmə ehtimalı isə 90 %-dir. Sistem hədəfləri 3000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radiusda isə məhv edir.

Buraxıcı qurğudan ayrıldıqdan sonra raketin sürəti 3 km/saniyəyə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.10.16

2021.10.15

2021.10.14

2021.10.13

2021.10.12

2021.10.11

2021.10.10

2021.10.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az