Finlandiya və İsveç Şimali Atlantika Alyansına üzv qəbul ediləcəklər

Finlandiya və İsveç Şimali Atlantika Alyansına  üzv qəbul ediləcəklər

“Yaxın perspektivdə Finlandiya və İsveç Şimali Atlantika Alyansına şərtsiz və dərhal üzv qəbul ediləcəklər”. Belə bir proqnozla NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen çıxış edib.

Oxuməni.az xəbər verir ki, cənab Rasmussen öz açıqlamasında belə bir ehtimal irəli sürüb: “Əgər adları çəkilən dövlətlər NATO-ya üzvlük üçün ərizə versələr, buna çox tez bir zamanda baxıla bilər. Müraciətin səhərisi günü onlar alyansın üzvünə çevriləcək, çünki tələb olunan bütün zəruri meyarlara cavab verirlər”.

Keçmiş baş katib onu da bildirib ki, Rusiyanın etirazlarına baxmayaraq, NATO-nun qapıları arzu edənlərin üzünə hər zaman açıq olacaq.

Yeri gəlmişkən, yanvarın əvvəlində alyansın indiki Baş katibi Yens Stoltenberq də ölkələrin bu hərbi birliyə ani qəbul olunmaları barədə açıqlama vermişdi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az