Almaniyada COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar ara vermir

Almaniyada COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar ara vermir

Almaniyada COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar ara vermədən davam etməkdədir.

Bu gün Almaniyanın bir neçə şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvənd olunmaya qarşı nümayişlər keçirilib. DPA agentliyinin yaydığı xəbərə görə, ən böyük aksiya Frayburqda baş tutub.

Orada 6 minə yaxın etirazçı iştirak edib. Hamburqda isə 3 min nəfər küçələrə çıxaraq etirazlarını ifadə ediblər. Osnabrükdə 1,5 minə yaxın, Düsseldorfda aksiyalarda 2,5 min, Furthdə 1,5 min, Münhendə min nəfər hakimiyyətin pandemiya ilə bağlı siyasətinə etiraz edib. Aksiyalar zamanı heç bir ciddi insident qeydə alınmayıb.

Beləliklə Almaniyada dekabrın sonundan bu səpkili müntəzəm etiraz aksiyaları keçirilir. Əks-kəşfiyyat İdarəsinin rəhbəri Tomas Haldenvanqın sözlərinə görə, bu cür etiraz aksiyalarının iştirakçıları getdikcə daha radikallaşır.Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az