Sürətli, səssiz və gözəgörünməz: Ukrayna snayperlərinin "gizli silahı" barədə...

Sürətli, səssiz və gözəgörünməz: Ukrayna snayperlərinin "gizli silahı" barədə...

Elekrovelosipedlər atəş nöqtələrində düşmənə zərbələr endirməyə və tez bir zamanda oranı tərk etməyə imkan verir, onları düşmən PUA- ları da aşkar edə bilmir

Ukrayna ordusu snayper komandalarının Ukraynanın şərqində döyüş əməliyyatları zonasında istifadə edilə biləcək elektrovelosipedlərin ilk partiyasını alıb. İkitəkərli maşınlar xüsusu olaraq hərbçilərin xahişi ilə onların "xüsusi" arzuları nəzərə alınmaqla yaradılıb.

Mediainfo.az xəbər verir ki, bu barədə "9- cu kanal" nəşri məlumat yayıb.

Balaca, yüngül, sürətli və, ən əsası, səssiz elekrik velosipedləri Ukrayna snayperlərinə gizli olaraq atəş mövqelərinə daxil olaraq Rusiya ordusu qüvvələrinə atəş açmağa və Rusiya ordusu onları aşkar edib zərbə vuranadək tez bir zamanda oranı tərk etməyə imkan verir.

İkitəkərli "Atom" elektromobollərinin modernləşdirilmiş modellərini Ternopolun "Elik" firması tərəfindən istehsal edilir. Velosipedin maksimal sürəti 90 km/saatdır və sürücü 5 saat ərzində maşını yükləmədən 150 kq yükü daşıya bilər. Bundan başqa, velosipedin güclü elektrik motoru enerji mənbəyi kimi USB vasitəsilə lazım gələndə telefonları, noutbukları və digər qurğuları yükləməyə imkan verir. Döyüş velosipedi həmçinin 220 V şəbəkə üçün rozetkalarla təchiz edilib, buna görə də əlavə ağır və yöndəmsiz akkumulyatorlara ehtiyac yoxdur.

Velosipedlər möhkəm asmalar, təkərlər və tormozlarla təchiz edilib və motosiklstlər kimi səhra şəraitində effektiv və dözümlüdür.

Hərbi şəraitdə elektrovelosipedlər xüsusilə snayperlər üçün faydalıdır, çünki tez bir zamanda və səssiz bir atəş nöqtəsindən digərinə hərəkət etməyə imkan verir.

"Velosipedlər hətta düşmənin teplovizorları və PUA- ları üçün gözəgörünməzdir", - istehsalçı şirkətin nümayəndəsi zəmanət verir.

Elektrovelosipedlər artıq "qaynar nöqtələr"də Rusiya qoşunları ilə müharibədə özlərini yaxşı göstərə bilib. Elektrovelosipedlər təkcə snayperlər tərəfindən deyil, həm də patrul xidməti aparanlar və rabitəçilər tərəfindən Rusiya hərbçilərinin zədələdikləri kommunikasiyaların bərpası zamanı istifadə edilir. Nəhayət, Ukrayna Silahlı Qüvvələrinin döyüçüləri onlardan döyüş vəzifələrinin icrası zamanı və operativ məlumatların tez çatdırılmasında istifadə edir.

Elektrovelosipedlərin təxmini dəyəri 4525 ABŞ dolları təşkil edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az