“Bu, Putin üçün olduqxa pis xəbərdi ...” – “Rusiya üçün təhlükəli nəticələrdən biri gerçəkləşir”

“Bu, Putin üçün olduqxa pis xəbərdi ...” – “Rusiya üçün təhlükəli nəticələrdən biri gerçəkləşir”

Ukraynada müharibə başlamamışdan əvvəl Putn deyirdi ki, NATO Rusiya sərhədlərinə çox yaxınlaşıb və alyans 1990-cı illərin mövqeyinə geri çəkilməlidir. Rusiyanın NATO-nun beş üzvü ilə ümumi uzunluğu 1200 kilometr olan quru sərhədi var. Rusiya ilə 1280 kilometr sərhədə malik olan Finlandiyanın alyansa qoşulması formal baxımdan onun ABŞ -ın hərbi mövqeyindən çıxış edəcəyi anlamına gəlir. Finlandiyanın NATO-ya girməsi nəinki Kreml üçün pis xəbərdir, həm də Şimalı Atlantika Alyansı üçün çox yaxşı hədiyyədir.

Əhalisinin az olmasına baxmayaraq, Finlandiya qeyri-rəsmi şəkildə Qərbin mövqeyini dəstəkləyən dövlət kimi tanınır. Onun ordusu NATO tələblərinə cavab verən ABŞ texnikasından istifadə edir və ona görə də, Finlandiya çox asanlıqla alyansa qoşula bilər.

Ukrayna müharibəsinə qədər çoxları düşünürdü ki, Finlandiyanın NATO-ya üzv olmaması onun praqmatik siyasət yürütməsindən irəli gəlir.

Bunu Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb “CNN”-ə müsahibəsində deyib: ”Finlandiyanın təhlükəsizliyi həmişə iki konsepsiyaya əsaslanıb. Birincisi, bu, coğarafiya və tarixdr. İkincisi, idealizm və realizmdir. İdeal dünyada biz Rusiya ilə əməkdaşlıq etmək istəyirik, çünki Rusiya bizim qonşumuzdur. Amma biz həm də tarixdən bilirik ki, Rusiya bizim üçün real təhlükədir. İndi artıq bəllidir ki, Rusiya bizim regionda böyük xaos yaratmaq istəyir. Ona görə də NATO-ya daxil olmaq praqmatik variantdır”.

Finlandiya Beyəlxalq Münasibətlər İnstitutunun qlobal təhlükəsizlik üzrə təhiqatçısı Çarli Salonius-Pasternak hazırkı vəziyyəti belə şərh edib: ”Hər hansı Qərb ölkəsinin Rusiyaya hücum edəcəyini düşünmək həmişə absurd olub, lakin biz ticarəti genişləndirməklə və digər sahələrdə əməkdaşlıq aparmaqla, bu təhlükəni minumuma salmağa cəhd göstərmişik. Finlandiyanın ideologiyası həyatda sağ qalmaq olub. Son 100 ildə yüksək həyat şəratinə malik güclü və suveren ölkə qurduq. Biz sülhü saxlmaq üçün torpaqlarımızın bir hissəsini qurban vermək məcburiyyətində qaldıq”.

Finlandiyanın NATO-ya qəbul edilməsinin Putin üçün ciddi zərbə olacağı şübhə doğurmur. Bu, alyansın Rusiya ilə əlavə 1280 kilometr sərhəddə qonşu olması ilə yanaşı, anti-Putin koalisyasının genişlənməsi deməkdir. Nə vaxtsa neytral ölkə olmuş Finlandiya indi Kiyevi maliyyləşdirir, ona silah yollayır, Putin isə beynəlxalq aləmdən uzaqlaşdırılır. Finlandiyanın alyansa daxil olması geosiyasi planda NATO-nun Arktika regionuna qədər uzanan strateji təsir mövqeyini gücləndirəcək.

Hazırda İsveç də NATO-ya üzv olmağa hazırlaşır. Ukrayna müharibəsi başlayandan hər iki ölkə eyni istiqamətdə siyasət yürüdürlər.

Əlbəttə, Finlandiyanın NATO-ya girmək istəyinə Rusiyanın cavab reaksiyası olacaq. Finlandiyanın hərbi kəşfiyyatının keçmiş əməkadşı Matti Kari bu barədə bildirib: ”Rusiya artıq dezinformasiya kampaniyasına başlayıb. Onların əsas mövzusu Finlandiyanı nasist ölkəsi kimi təqdim etməkdir. Ruslar deyirlər ki, İkinci Dünya Müharibəsi zamanı Finlandiya nasist Almaniyası ilə birlikdə SSRİ-yə qarşı mübarizə aparıb. Rusiya Finlandiyanın dənizdə hərəkətinə mane olmaqla yanaşı, həm də onun hava sahəsini poza bilər”

Amma NATO-ya üzv olma proseduru ərzində Finlandiyanın təhlükəsizliyi Böyük Britaniya və ABŞ tərəfindən təminat altına alınacaq. Beləliklə, Putinin NATO-nun Avropadakı təsirini azaltmaq cəhdləri tam əks effektlə nəticələnir”.AzPolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az