"Bunun dövlət sərhədinə heç bir aidiyyəti yoxdur"

"Bunun dövlət sərhədinə heç bir aidiyyəti yoxdur"

"İran Sərhəd Mühafizəsi Orqanlarının Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur".

Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır.

"Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir",- XİN rəsmisi bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az