“Rusların yarısını məhv etdik, yarısı qaçdı” - Ukrayna rəsmisi

“Rusların yarısını məhv etdik, yarısı qaçdı” - Ukrayna rəsmisi

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat katibi Sergey Çerevatı Donetsk vilayətinin Torske kəndinin azad edildiyini açıqlayıb.

Mediainfo.az “UNIAN”a istinadla xəbər verir ki, o, bu barədə telemarafonun efirində deyib.

Liman istiqamətində çoxlu sayda rus hərbçilərinin mühasirəyə alınması ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandıran Çerevatı deyib ki, rusların bəziləri məhv edilib:

“Bəziləri əsir götürülüb, bəziləri isə müəyyən kolonlar və ya kiçik qruplar halında çıxıb gedə biliblər. İndi onlardan bəziləri Kreminnadakı müdafiəni gücləndirməyə çalışır. Buna uyğun olaraq, bölmələrimiz orada işlərini davam etdirir, çünki rusların qalıqları hələ də meşələrdədir. Vəziyyətin sabitləşdirilməsi, işğalçıların qalıqlarının məhv edilməsi və ərazinin minalardan təmizləməsi isə bir xeyli vaxt aparacaq. Çünki bölgə ruslar tərəfindən minalanıb”.

“Həmçinin, bölmələrimiz artıq Kreminnaya gedən yolda yerləşən Torske kəndini azad ediblər. Kreminnada möhkəmlənməyə və müdafiə qurmağa çalışan düşmən bölmələrinə isə artilleriya atəşi ilə ağır zərbələr endirir", - Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü bildirib.

Xatırladaq ki, oktyabrın 1-də Ukrayna Baş Qərargah İdarəsi Donetsk vilayətinin Liman qəsəbəsinin azad olunduğunu qeyd etmişdi. Avqustun sonundan intensivləşən Ukrayna əks-hücumlarının nəticəsində Xarkov vilayətinin İzyum və Kupyansk qəsəbələrinin azad olunmasından sonra Ukrayna ordusunu indiki hədəfi Luqansk vilayətinin Kreminna qəsəbəsidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az