Dağıstanın hazırkı rəhbəri Sergey Məlikov Rusiyanı qarışdırır: Putinin 9 generalı istefa verib

Dağıstanın hazırkı rəhbəri Sergey Məlikov Rusiyanı qarışdırır: Putinin  9 generalı istefa verib

Rusiya Milli Qvardiyasını son zamanlar onlarla hərbçi tərk edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı "Kommersant" qəzeti yayıb. Məlumata görə, Milli Qvardiyanı tərk edənlərin əksəriyyəti qvardiyanın sabiq rəis müavini general-leytenant Sergey Mileykoya yaxın şəxslərdir. Qəzet hazırda həbsdə olan Mileykonun cinayət işi ilə bağlı təhqiqatı İstintaq Komitəsinin tez bir zamanda bitirməyə çalışdığını yazıb. Səbəb isə mayın 10-da Mileykonun cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin başa çatmasıdır.

Mileykonun kariyerasının daha çox Milli Qvardiya rəhbərinin keçmiş birinci müavini, Dağıstanın hazırkı rəhbəri Sergey Məlikovla bağlı olduğu bildirilir. Məlikov Milli Qvardiyada son illər kadr siyasətini müəyyənləşdirən əsas şəxs olub. Bunun sayəsində Məlikov əsas rəhbər vəzifələrə onunla Şimali Qafqazda çalışanları gətirə bilib. Məhz Məlikovla yaxınlığına görə son 1,5 ay ərzində Qvardiyanı 9 general tərk edib. Onlardan bəziləri təqaüd, bir qismi isə Qvardiyada aparılan yenidən təşkilatlanma adı altında istefaya göndəriliblər. İstefaya göndərilənlərin bundan sonra da Məlikovla çalışacağı gözlənilir. Bu siyahıda yer alan generallardan Sergey Çençikin Dağıstanda Məlikova hərbi məsələlər üzrə müavin gətirilməsinə cəhd olunsa da, Kreml buna izn verməyib. Lakin Məlikov general-mayor Boris Qonçovu Xəzər donanmasının mənzil qərargahının yerləşdiyi Dağıstanın ikinci böyük şəhəri Kaspiyskin rəhbəri edə bilib.

Qeyd edək ki, Milli Qvardiya 2016-cı ildə yaradılıb. Bəzi mətbuat orqanları bu hərbi birliyin şəxsən Putin hakimiyyətinin qorunması üçün yaradıldığını iddia edir. Əslən ləzgi olan Məlikov 2020-ci ilin oktyabrında Dağıstana rəhbər təyin edilib. Onun Milli Qvardiyadan çıxarılmasından az sonra isə Məlikovun kadrı sayılan Mileyko mənimsəmə faktı ilə həbs edilib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az