Rusiyanın Gümrüdəki Baş Konsulluğu Qaregin Njde küçəsində yerləşirmiş

Rusiyanın Gümrüdəki Baş Konsulluğu Qaregin Njde küçəsində yerləşirmiş

Rusiyanın Gümrüdəki Baş Konsulluğu Qaregin Njde küçəsində yerləşirmiş.

Oxuməni.az xəbər verir ki, bu barədə musavat.com saytına şok fakt daxil olub.

Nasist əlaltısı olan, ömrü boyu faşizmi təbliğ edən və başqa xalqlara nifrətdən yoğrulan bütün bu cinayətkar əməllərinə görə sovet dönəmində ağır cəzaya məhkum edilən, elə həbsxanadaca gəbərən bir insanlıq düşməninin adının faşizmin tüğyan elədiyi bir ölkədə küçəyə verilməsi əslində sensasiya deyil, daha çox nonsensdir. Niyə?

Birinci ona görə ki, konsulluq əməkdaşları, lap elə konsulun özü binanın yerləşdiyi küçənin kimin adını daşıdığını bilməmiş olmazlar. Hər necə olmasa, Ermənistanda Njdeyə pərəstiş hələ eks-prezident Serj Sərksiyan dönəmində rəsmiləşməyə başlayıb və ona İrəvanın mərkəzində 6 metrlik abidə də məhz Sərkisyanın hakimiyyəti dönəmində qoyulub. Çox güman ki, küçənin adının dəyişməsi son illərə təsadüf edir. Yəni üstündən kifayət qədər vaxt keçib...

Maraqlısı odur ki, Nikol Paşinyan küçə etirazları yolu ilə Sərkisyan rejimini iqtidardan salsa da, Njdeyə və onun abidəsinə toxunmayıb. Beləcə, özünün də bir gizli nasist sevdalısı olduğunu təsdiqləmiş olub. Paşinyan hətta dəfələrlə Qaregin Njdeni "xalq qəhrəmanı" kimi yüksək tribunalardan, o sırada MDB sammitindəki çıxışı zamanı müdafiə və vəsf edib. Onun guya Türkiyəyə qarşı "milli-azadlıq mübarizəsi aparan bir cəsur erməni sərkərdəsi" olduğunu iddia edib.

Gerçəkdə isə Njdenin kimliyini indi az qala, bütün dünya bilir. O da bəllidir ki, bu erməni şərəfsizi əzəli Azərbaycan torpaqlarında, xüsusən də Zəngəzur mahalında soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırım əməliyyatlarına birbaşa rəhbərlik edənlərdən olub. "Dünyadakı axırıncı türk kar, kor, lal da olsa, öldürülməlidir!" irqçi-faşist devizi də məhz ona məxsusdur.

Türkiyədən söz düşmüşkən, 2016-cı ildə Rusiyanın qardaş ölkədəki səfiri Andrey Karlov terror nəticəsində qətlə yetirələndən az sonra rəsmi Ankara Rusiyaya xoşməramlı jestin, terrorizmə isə nifrətin rəmzi olaraq, səfirliyin yerləşdiyi küçəyə Karlovun adını verib. Gümrüdəki Rusiya konsulluğu isə bir terrorçunun adını daşıyır. Aradakı fərq de-fakto Ermənistanın dövlət və toplum olaraq Rusiyaya gerçək münasibətini göstərməklə yanaşı, terrora və erməni faşizminə nə dərəcədə rəğbət bəslənildiyinin bariz təsdiqidir. Eyni zamanda, Xocalı soyqırımına imza atmış bir toplumun bəşəri dəyərlərə münasibətinin parlaq təzahürüdür.

Yəqin ki, Rusiya XİN-i bu biabırçı fakta seyrçi qalmayacaq. Əlavə edək ki, Rusiya XİN-in özü iki il öncə hazırladığı geniş hesabatda II Dünya müharibəsi cinayətkarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğu bildirilirdi. Hesabatda Njdenin də adı keçirdi.

Təhlilçilərə görə, Moskva-İrəvan münasibətlərinin son illər xeyli soyumasının bir səbəbi də Ermənistanda Qaregin Njde kimi müharibə cinayətkarlarının qəhrəmanlaşdırılması ilə bağlıdır...

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az