Türkiyəyə yağan güclü qar həyatı iflic edib

Türkiyəyə yağan güclü qar həyatı iflic edib

Türkiyənin bir sıra şəhərlərinə, o cümlədən paytaxt Ankaraya güclü qar yağıb.

Oxuməni.az xəbər verir ki, paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaranıb, yolların buz bağlaması səbəbi ilə yol qəzalarının sayı artıb. Xatırladaq ki, dünən də İstanbula güclü qar yağıb, çərşənbə gününə qədər təhsil müəssisələrində dərslər ləğv edilib və Bosfor boğazı boyunca gəmi hərəkəti dayandırılıb. Hazırda şəhərə yağan qar azalıb, ancaq avtomobillərin hərəkətində çətinlik davam edir. Yolların qardan təmizlənməsi işi aparılır. Hava limanları normal qaydada işləyir. Sinoptiklər İstanbulda və Türkiyənin mərkəzində qar yağışının beş günə qədər davam edə biləcəyini proqnozlaşdırır. Qeyd edək ki, qarşıdakı günlərdə - 17-18 fevral tarixlərində Gürcüstan ərazisində də qar yağacağı havaların kəskin soyuyacağı gözlənilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az