İran ordusuna ağır zərbə

İran ordusuna ağır zərbə

İranın Kürdüstan əyalətində yaraqlı kürd dəstələrinin silahlı hücumunda “Bəsic” təşkilatının 2 üzvü həlak olub, 1-i yaralanıb.

Mediainfo.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin (SEPAH) “Həmzə Seyidüşşühəda” qərargahından məlumat verilib.

Məlumata görə, hadisə iyulun 15-də axşam saatlarında Kürdüstanın Bolbər kəndi yaxınlığında baş verib. Bildirilir ki, bölgədə reyd keçirən “Bəsic” qüvvələri naməlum kürd dəstələrinin silahlı hücumuna məruz qalıb. Nəticədə, hər iki tərəf arasında baş verən atışmada “Bəsic” təşkilatının 2 üzvü güllə yarası alaraq, hadisə yerində həlak olub, 1-i ağır yaralanıb.

Hücum edən tərəf hadisə yerindən qaçıb. Silahlı hücumun məsuliyyətini hələlik hər hansı bir kürd təşkilatı öz üzərinə götürməyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az