Qəbilə üzvləri PKK-ya divan tutdu

Qəbilə üzvləri PKK-ya divan tutdu

Suriyada PKK/YPG terrorçuları ilə yerli qəbilələr arasında silahlı qarşıdurma yaşanıb.

Mediainfo.az xəbər verir ki, PKK/YPG Bakkara qəbiləsinin üzvü olan Deyr əz-Zor Hərbi Şurasının sədr müavini Xəlil əl-Vəhşi tutmaq istəyib. Qəbilə gücləri buna qarşı çıxıb və qarşıdurma yaşanıb.

Məlumata görə, sədr müavininin yaşadığı kəndə hücum edən terrorçular müqavimətlə üzləşiblər. Qəbilə qüvvələri həm bölgədəki PKK/YPG silahlılarını, həm də əlavə kömək kimi göndərilən koalisiya tərəfindən xüsusi təlim almış terrorçuları geri çəkilməyə məcbur edib.

Bölgədəki digər qəbilələr də terrorçulara qarşı 1000 nəfərlik ordu göndərib.

Qarşıdurma zamanı Cədid Bakara, Birəhiyə və Əl-Dəhlə kəndləri, həmçinin Əl-Biseyrə qəsəbəsi terrorçulardan geri alınıb.

Eyni zamanda, PKK/YPG-nin 5 qərargahı ilə silah anbarları ələ keçirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az