Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır

Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır

Hazırda Türkiyənin Rusiyadan müdafiə məhsulları sifarişləri zərfi 1 milyard ABŞ dolları həcmindədir.

Mediainfo.az xəbər verir ki, bu barədə “Ekotürk TV”nin canlı efirində Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.

Rusiya rəsmisi, həmçinin Türkiyənin Rusiya silahları və hərbi texnikası alıcıları arasında TOP-5-ə daxil olduğunu, bunun daha çox “S400” hava müdafiə sistemlərinə dair imzalanmış sazişin nəticəsi olduğunu deyib.

Qeyd edək ki, indiyədək Rusiyanın Türkiyəyə hərbi məhsullar satışına dair müqavilələrinin həcmi rəsmi şəkildə açıqlanmamışdı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az