Rusiya Haftara silah və əsgər daşıyır

Rusiya Haftara silah və əsgər daşıyır

Suriyadakı hərbi bazadan Liviyaya davamlı olaraq Rusiyaya məxsus yük təyyarələri gedib-gəlir.

Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın “Voll Strit Jurnal” nəşri məlumat yayıb. Nəşr iddia edir ki, təyyarələr vasitəsilə Liviyaya hərbi heyət və silah-sursat daşınır:

“Bundan başqa, Rusiya may və iyun aylarında Liviyaya həm MiQ-29 qırıcılarını, həm də ən qabaqcıl radar sistemlərini göndərib”.

Həmçinin, Rusiyanın aprel ayında Haftara özü hazırladığı 100 tona yaxın Liviya əsginazı göndərdiyi iddia olunub. Qəzet bu iddianı Rusiya Gömrük Xidmətinin qeydlərinə əsasən yayıb.

Məlumata görə, Rusiya hazırda qiyamçı Haftara alternativ tapmağa çalışır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az