Cəbhədə erməni təxribatı davam edir

Cəbhədə erməni təxribatı davam edir

Dağlıq Qarabağ terrorçularının yaratdığı qondarma rejim cəbhədə vəziyyətin "gərginləşməsindən" narahatlıqlarını gizlətməyiblər.

Mediainfo.az xəbər verir ki, separatçıların liderinin "müşaviri" Tiqran Abramyan bu həftə - 19-25 aprel tarixlərində qarşı tərəfdən irikalibrli silahlarla atəşkəsin 3500 dəfə pozulduğunu iddia edib.
"Mən sonuncu dəfə bu qədər böyük rəqəmin nə vaxt olduğunu xatırlamıram. Birmənalı olaraq deyirəm ki, cəbhədə vəziyyət gərginləşib", - erməni "müşavir" bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın PUA-ları və aviasiyası da cəbhə boyu uçuşlarını intensivləşdirib.
Abramyan təmas xəttində Azərbaycanın yeni mühəndis infrastrukturu inşa etdiyini də vurğulayaraq, qorxusunu açıq ifadə edib.

Xatırladaq ki, "təmas xətti" deyilən ərazilər Azərbaycan əraziləridir və bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Azərbaycan Ordusunun isə öz ərazisində istənilən addımı atmaq hüququ var.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az