Məhər­rəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə baş çəkiblər

Məhər­rəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə baş çəkiblər

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-dən Mediainfo.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşı­rıq­larının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şə­raitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüşülüb.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk­turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qa­zax ra­yonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu isti­qamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

"Qazax" əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti mü­şavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının mökəm­­ləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az