Son dəqiqə: Bu ərazilərimiz azad edildi

Son dəqiqə: Bu ərazilərimiz azad edildi

Ordumuz Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Murovdağ istiqamətində bir sıra kəndlər və yüksəklikləri azad edib.

Oxuməni.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov AzTV-nin canlı efirində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:

"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murov dağı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az